Türkiyənin məşhur müğənnisi Tuğba Əkincinin qatıldığı televiziya proqramında qadınlarla bağlı dediyi sözlər qalmaqal yaradıb.
Tribunainfo.az yazır ki, “2-ci səhifə” proqramına qatılan müğənni qadın-kişi münasibətlərində kişilərin daha ideal olduğunu bildirib. O bildirib ki, türk kişilər qadınlardan daha namusludur:
“Türk kişisi qadınlardan daha namusludur. Kadınların təhrik etdiyini, quyruq buladıqlarını düşünürəm. Bizim kimi ölkələrdə ictimai nəqliyyata mini ətəklə, mayka köynəklərlə girilməməlidir. Türk kişisi daha namusludur, qadınlardan çox daha namusludur”.
Müğənninin sözləri proqram aparıcılarının da narazılığına səbəb olub. Ancaq T.Əkinci sona qədər fikirlərinin üstündə dayanıb.