“Türk Hava Yolları”nın Azərbaycan Nümayəndəliyi məhkəməlik oldubackend

“Türk Hava Yolları”nın Azərbaycan Nümayəndəliyi məhkəməlik oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Türk Hava Yolları Anonim Ortaklığı Ana Sözleşmesi” Şirkətinin Azərbaycandakı Nümayəndəliyi məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində Xətai Rayon Məhkəməsinə Abdullaxanlı Kənan Lətif oğlu müraciət edib.
K.Abdullaxanlı şirkət barəsində “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsi, Mənəvi zərərin ödənilməsi” üzrə iddia qaldırıb.
İş İlahə Abbasovanın icraatındadır.
“Türk Hava Yolları”nın Azərbaycan Nümayəndəliyinin qanuni təmsilçisi Eldeleklioğlu Hamid oğludur.