“Sərhədçilərimizin 2023-cü il avqustun 15-dən noyabrın 23-dək Suriyada keçirdiyi antiterror əməliyyat nəticəsində 649 terrorçu zərərsizləşdirilib”.
Bunu ölkənin Quru Qüvvələri komandanı general Selcuk Bayraktaroğlu Suriya ilə sərhəd bölgəyə səfəri zamanı bildirib.
Onun sözlərinə görə, zərərsizləşdirilən terrorçuların 606-si PKK/YPG-PYD, 43-ü İŞİD üzvləridir.
Komandan deyib ki, müxtəlif tarixlərdə Suriyadan Türkiyə ərazisinə daxil olmaq istəyən 41-i PKK, 5-i İŞİD, 2 marksist-leninçi kommunistlər,162-si FETÖ üzv olmaqla 1048 qanunsuz miqrant saxlanılıb.
Selcuk Bayraktaroğlu bildirib ki, hesabat dövründə Türkiyə sərhədlərində 53 min 890 qanunsuz mühacirin ölkə ərazisinə keçməsinin qarşısı alınıb.