İran prezidenti və əshabının olduğu helikopterin qəzaya uğrmasından sonra məsələ bütün dünyada müzakirə predmetinə çevrilib. Rəisi və komandasının bəzi üzvlərinin pıldüyü hadisə ilə bağlı yanaşmalar isə müxtəlifdir.
Tribunainfo.az xəbər verir ki, Türkiyədə də məsələ aktiv müzakirə fazasındadır. Dünən isə Türkiyə Hava Qüvvətləri Komandanlığının generalı Erdoğan Karakuş “Milliyyet” qəzetinə maraqlı açıqlama verib. O bildirib ki, qəzaya uğrayan helikopter 1979-cu il deyil, 1990-1993-cü il istehsalıdır. Onun sözlərinə görə, hava nəqliyyat vasitəsinin lazım olan avadanlıqlarla təhciz olunmamasının səbəbi məlum deyil. Lakin o, qeyd edir ki, məsələ təkcə hava şərtləri ilə bağlı ola bilməz. Burada başqa məqamların da olduğunu vurğulayıb. “Hadisədən 5 gün əvvəl iki maraqlı olay yaşanıb. Birincisi, İran nümayəndə heyəti ilə ABŞ nümayəndələri İordaniyada gizli görüş keçiriblər. Güman edilir ki, bu görüş İranın nüvə proqramı ilə bağlı olub. ABŞ proqramın durdurlmasını istəsə də, İran tərəfinin rədd cavab verdiyi aydındır. Bu isə amerikalıların qəzəblənməsinə səbəb ola bilən haldır”.
Karakuş ikinci bir məsələni də diqqət mərkəzinə gətirib. O bildirir ki, hadisəyə 5 gün qalandan helikopterin qəzaya düşdüyü ərazilərdə hava dəhlizi bağlanılmışdı. “Yalınız Azərbaycan, Qətər və Türkiyə təyyarələrinə həmin dəhlizlə uçmağa icazə verilib. Digərləri isə İranın qərb əyalətlərinə yönləndirilib. Bunun səbəbi ABŞ təyyarələrinin davamlı olaraq İran ərazisinə daxil olmasıdır. Hətta qəzadan bir neçə gün əvvəl ABŞ təyyarəsi İrana məxsus hərbi vasitələrdən birini vuraraq, sıradan çıxarıb. Yəqin ki, bu səbəbdən hava dəhlizi bağlanılıb ki, analoji hallar yaşanmasın”.
Amma türk generalın hadisənin baş verməsi ilə bağlı başqa bir versiyası da var. “Burada türk varlığının da təsiri ola bilər. Rəisini daşıyan helikopterdə Şərqi Azərbaycan vilayətinin rəhbəri Malik Rəhməti və Xamineyinin Təbriz üzrə nümayəndəsi Məhəmmədəli əl-Haşim də vardı. Hər ikisi türk, Azərbaycanlıdır. Türkiyə ilə İranın yaxşı əlaqələr qurması da bu səbəbdən kimlərisə qorxuda bilər”.
Karakuş “bu yaxınlaşmdan kim narahat ola bilər” sualına da aydınlıq gətirməyə çalışıb. “Hadisədə ölən Abdullahiyan da deyirdi ki, Türkiyə ilə yaxşı münasibət qurmalıyıq. Həm Türkiyə, həm də Azərbaycanla İranın yaxşı əlaqələr qurması bölgə üçün çox əhəmiyyətlidir”.
General daha sonra qeyd edib ki, adətən kənardan müdaxilə ilə helikopter qəzaları törətmək üçün bu tip hava şərtləri çox əlverişlidir. “Dumanlı, pis hava şəraiti kənar müdaxilə ilə qəza görüntüsü yaratmaq üeçün ən əlverişli hesab edilir. Çünki bu şəraitdə baş verən hadisədən kimsə şübhələnmir”.
Karakuş sonda bir məsələyə də diqqət çəkib. “Məlumat var ki, Rəisinin həm Azərbaycana gedərkən, həm də həm də İran təyyarəsinin amerikalılar tərəfindən düşürüldüyü gün uçuş istiqaməti dəyişdirilib”.