backend

TÜRK FİLMLƏRİNİN ERMƏNİ ULDUZLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, kişilərin oynadığı meydan oyunlarda, türk qadınlarının səhnəyə çıxmasının qadağan olduğu dövrlərdə səhnəyə çıxan ilk qadın teatr xadimi erməni əsilli Arşuyak Papazyan olub.  

TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, kişilərin oynadığı meydan oyunlarda, türk qadınlarının səhnəyə çıxmasının qadağan olduğu dövrlərdə səhnəyə çıxan ilk qadın teatr xadimi erməni əsilli Arşuyak Papazyan olub. 

Türk kinosuna əmək vermiş, hətta qəbul edilməmək qorxusu ilə həqiqi adlarından belə istifadə etməyə çəkinən, əksəriyyətin yaxından tanıdığı 7 məşhurlar bunlardır:

1- Adilə Naşit 

Şən qəhqəhələri hələ də qulaqlarda cingildəyən Adilə Naşidin əsl adı Adilə Keskinərdir. Sənətkarın atası ömrünü teatra və insanları güldürməyə həsr edən komediya ustası Naşit Özcan, anası isə dövrün məşhur kanto ulduzlarından olan teatr aktrisası, Türkiyə ermənisi Amelya  xanım olub.

2- Nübar Terziyan 

Türk kinosunun sevimli, gözəl ürəkli, sevimli atası Nübar Terziyan, həqiqi adını çəkinmədən istifadə edən sənətkarlardandır.

3- Toto Karaca  

Əsl adı İrma Feleqyan olan Toto Karaca, aktyor Mehmed Karacanın həyat yoldaşı və Cem Karacanın anasıdır. Erməni əsilli teatr, opera və kino ustasıdır.

4- Vahi Öz 

Anadolu şivəsini dilində ən yaxşı əks etdirən Horoz Nuri ləqəbli  aktyorun əsl adı Vahi Özdür ve ermeni əsilli olduğu illərcə məlum olmamışdır.

5 – Kenan Pars 

Əsl adı Kirkor Cezveciyan olan aktyor, cəmiyyət tərəfindən qəbul edilmə qorxusu ilə ad dəyişdirən sənətkarlardan biridir.

6 – Sami Həzinsəs
Türk kinosunun əməkdar artistlərindən olan Sami Həzinsəs də erməni əsillidir və erməni olduğunu öldüyü günə qədər gizlətmişdir. Əsl adı Samuel Uluçdur. 

7 – Əhmət Danyal Topatan

Yüzlərlə filmdə xarakterik aktyor kimi iştirak edən Əhməd Danyal Topatan, erməni əsilli teatr və kino aktyorudur. 

İlahə