“Türk əsgərləri tezliklə Zəngəzurda görünəcək”

“Türk əsgərləri tezliklə Zəngəzurda görünəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzurda regional kommunikasiya, enerji, hərbi-siyasi maraqların kəsişdiyi unikal zona formalaşıb. Bu o deməkdir ki, Zəngəzurun taleyi təkcə Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün həlledicidir”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri erməni analitik Armen Hovasapyan “Fakt” qəzetinə açıqlamasında deyib.

O qeyd edib ki, Ermənistanda türk əsgərləri mövcud ola bilər. “Əgər türk sərhədçiləri Zəngəzurda hansısa formatda, məsələn, “dəhliz təhlükəsizlik qüvvələri” kimi görünsələr, biz dövlətçiliyin mərhələli şəkildə məhv edilməsi ilə üzləşməli olacağıq”.

Ekspert vurğulayıb ki, Zəngəzurun taleyi təkcə yerli sakinlərin taleyi deyil. “Bu, Ermənistan dövlətçiliyinin möhkəmliyinin sınağıdır. Əgər bu mərhələdə uğursuzluğa düçar olsaq, “sülh” paketi bizi müstəqillikdən uzaqlaşdıran bir prosesə çevriləcək”.

Fərda Uğur