Türkiyəli və azərbaycanlı sənətçilər Novruz Bayramı münasibətilə “Türkcan” layihəsi çərçivəsində möhtəşəm klip çəkdirib.
Türkiyəli və azərbaycanlı sənətçilər Novruz Bayramı münasibətilə “Türkcan” layihəsi çərçivəsində möhtəşəm klip çəkdirib.
TİA.AZ xəbər verir ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Başqırdıstan, Qırğızıstan və Türkmənistanın məşhur musiqiçiləri “Türkün bayrağı” və “Anayurt Marşı” əsərlərini səsləndirib.
Layihənin rəhbəri Rübail Əzimovdur, klipin meneceri isə Şəhriyar Musayevdur. Klipin Türkiyədə çəkilən hissəsinin rejissoru Ercan Taşdemir, Başqırdtısanda və Qazaxıstanda çəkilən görüntülərin müəllifləri Ildar Şakir və Akerke Tazhibayevadır. Özbəkistan versiyasını isə Otabek Yusupov hazırlayıb.
Qeyd edək ki, klipdə xanəndə Fərqanə Qasımova və gənc ifaçı Çinarə Məlikzadə yer alıb. Ekran işi Bakının tarixi məkanlarında çəkilib.