Türk dili bizim üçün təhlükədirmi? – DEPUTAT

Türk dili bizim üçün təhlükədirmi? – DEPUTAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim üçün rus dili yox, türk dili təhlükəlidir”. Bu sözləri verlişlərin birində rejissor Ayaz Salayev deyib.

Tribunainfo.az-a məsələ ilə bağlı açıqlama verən deputat Aydın Hüseynov bildirib ki, bizim dövlət dilimiz Azərbaycan dilidir. Azərbaycan dili çox zəngin və gözəl bir dildir.

Deputatın sözlərinə görə, eyni zamanda bizim dilimiz türk dillər qrupuna daxildir.

“Türk dilləri qrupuna daxil olan bir dil üçün türk dilinin hansı təhlükəsi ola bilər ki… Bu fikirlər mən hesab edirəm ki, uğurlu deyil. Bu məsələnin genişləndirilməsinə, müzakirəsinə heç ehtiyac belə yoxdur.

Türk dilinin bizim dilimiz üçün heç bir qorxusu yoxdur. Azərbaycan xalqının dili də Azərbaycan dilidir. Hər hansı dillərin də öyrənilməsinin təhlükəsi yoxdur”.

Dəniz