“Türk American Medical Center” cərimələndibackend

“Türk American Medical Center” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türk American Medikal Center” barəsində inzibati qaydada icraat başladılıb.

Tribunainfo.az xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin yol hərəkəti qaydaları əleyhinə olan maddəsini pozub.
Tələbi pozulan 347-ci maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Klinikanın işinə 13 mart tarixində Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.
Qarşə tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar