Turizm sənayesi bu il 935 milyard dollar itirib

Turizm sənayesi bu il 935 milyard dollar itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada turizm sənayesi yeni növ koronavirus infeksiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərə görə 2020-ci ilin ilk 10 ayında 935 milyard ABŞ dollar itirib.

TİA.AZ xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (UNWTO) məlumat yayıb.

Qeyd olunub ki, yanvar-oktyabr aylarında turizm obyektləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 900 milyon az turist qəbul edib.

“Bu, qlobal turizmin 1990-cı il səviyyəsinə qayıtması deməkdir. Beynəlxalq səyyah sayının ilin sonuna qədər 70-75% azalacağı gözlənilir. 2019-cu ildə ölkələr arasında səyahət edən turist sayı 1,5 milyarda çatıb”.