Turizm mövsümündə anarxiya: Həmkarlar və yeməksiz qalan vətəndaşlar

Turizm mövsümündə anarxiya: Həmkarlar və yeməksiz qalan vətəndaşlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda istirahət mərkəzlərində xaos yaşanır. Nəzarət yoxdur. Vətəndaşların bir qismi xaricə gedə bilmədiyindən bölgələrə: Nabrana, Novxanı və s. kimi yerlərə üz tutur. Burada, istirahət mərkəzlərində çox sayda vətəndaş şikayət edir ki, Həmkarlar İttifaqı vasisilə getsə də yemək yeyə bilmirlər, sıxlıq növbə yaranır. İstirahət Mərkəzlərində özbaşınalıqlar baş verir. Standartlara əməl olnmur. Digər rayonlarda istirahət mərkəzləri inkşaf etməyib. Məsələn, Nabranda 1 dənə də olsun aptek yoxdur. Xidmət zəif, qiymətlər isə bahadır. Tələbatdan işbazlar istifadə edir. Turizm agentliyi sizcə bu mövzuda hansı tədbirləri görməlidir? Nə kimi təklifləriniz var?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, bu qarışıq mövzudur və bir neçə qurumun tabeliyindədir.

G. Hüseynovanın sözlərinə görə, idarə və qurumların Həmkarlar İttifaqları tərəfindən göndəriş vasitəsilə gedən şəxslər üçün əgər həmin şəxslər xidmətindən tamamilə yararlana bilmirsə, göndərişdə qeyd olunanlatdan istifadə edə bilmirsə, yəni, istehlakçı hüquqları pozulubsa ilk növbədə onlar Həmkarlar İttifaqları Konfederasiyasına müraciət etməlidir. Çünki idarə və qurumlarda şəxslərin əməkhaqqından müəyyən rüsumlar tutulur və pul həmin quruma yönəlir. Ona görə də birbaşa həmin qurumla əlaqə saxlamaq lazımdır. Eyni zamanda çalışdıqları müəssisənin Həmkarlar İttifaqları Konfederasiyasına yazılı müraciət edərək şikayətlərini bildirməlidirlər.

“Özbaşınalıq hallarına gəldikdə isə vətəndaşlar Turizm Agentliyinə müraciət etməlidir. Həmin qanunsuzluqların şəkili çəkilərək və ya müxtəlif yollarla şikayətini bildirməlidir. Turizm mütəxəssisləri həmin məkana cəlb oluna bilər və qanunsuzluğu aktlaşdıra bilər. İstehlakçı hüquqları pozulduqda, bahalaşma ilə qarşılaşdıqda vətəndaş İqtisadiyyat Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi xidməti var. Bu zaman həmin quruma müraciət etmək lazımdır. Bu qurum çox yaxşı fəaliyyət göstərir. Rəsmi müraciət ediləndə baxılır. Əgər qanun pozuntusu zamanı həddindən artıq qiymət qoyulduqda vətəndaşa çek verilirmirsə, Dövlət Vergi Xidmətinə müraciət edilməlidir.

Aptek olmayan ərazilərə gəldikdə isə bu Səhiyyə Nazirliyinin tabeliyindədir. TƏBİB-ə də müraciət etmək olar. Əslində kütləvi müraciət olsa, daha yaxşı olardı. Sıravi vətəndaşın müraciəti bir növ əsassız sayılır. Çünki yerli vətəndaş olmalıdır və turizm yerlərindəki rəhbərlik müraciət etsə, daha operativ cavab alına bilər”.

Dəniz Pənahova