İqtisadiyyat Nazirliyi yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti Dövlət Turizim Agentliyinin tenderinin ləğvi barədə qərar çıxarıb. Tribunaifno.az xəbər verir ki, dövlət qurumu ilə agentlik arasında baş verənlər, Anti-İnhisar Xidmətinin bir çox iradları ilə müşahidə olunub.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi onlayn sistemlərə ödəniş xidmətlərinin satın alınması üzrə tender elan etmişdi. Bu məqsədlə üç şirkətlə 160.828,81 manatlıq satınalma müqaviləsi belə imzalanıbmış.
Agentliyin tenderinin ləğv edilməsinə səbəb isə “Dövlət satınalmaları haqqında” qanunun 36.1.2-ci maddəsinin tələbinin pozulması olub. Yəni təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmayıb.
Rəsmi qaynaqlarda bildirilir ki, tenderdə iştirak edən “CYBERSPACE” MMC həmin qanunun 35.1.1-ci maddəsinə uyğun addım atmayınb və onu pozub. Tenderdə iştirak edən digər iki şirkət, “MACİS GROUP”MMC və “JBA GROUP” MMC isə “Dövlət Satınalmaları haqqında” Qanununun 35.1.1, 35.1.2 və 35.1.5-ci maddələrinə uyğun olaraq tenderdən kənarlaşdırılıb.
Tribunainfo.az xəbər verir ki, qanunun 35.1.1-ci maddəsi onu ehtiva edir ki, təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermir. Həmin qanunun 35.1.2-ci maddəsində isə vurğulanır ki, uyğunluq sənədlərinin yenidən təqdim edilməsi tələb olunduğu halda, təchizatçı uyğunluq sənədlərini bu Qanunun 23.10-cu maddəsində qeyd olunan müddət ərzində təqdim etməyib. Qanunun 35.1.5-ci maddəsi isə o\nunla bağlıdır ki, təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun gəlməyib. Yəni Turizm Agentliyi tenderə buraxdığı hər üç şirkətin heç biri kriteriyalara cavab verməməklə yanaşı, həm də qiymətləri bir qədər şişirdiblər.