Aprelin 6-dan 8-dək “Bakı Ekspo” Mərkəzində XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2017) öz işinə başlayıb.
Aprelin 6-dan 8-dək “Bakı Ekspo” Mərkəzində XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2017) öz işinə başlayıb.
“Iteca Caspian”ın təşkilatçılığı ilə baş tutacaq tədbirə bu il Türkiyə bir sıra ciddi yeniliklərlə qatılır.
Türkiyə turizm potensialını daha dolğun və rəngarəng şəkildə təqdim etmək məqsədilə Türkiyə Mədəniyyət və Turizm Naziliyinin başlıca təbliğat meyarlarına uyğun fəaliyyət planı hazırlayıb. Azərbaycanda turizm sektorunda milli mədəni müxtəlifliyə, bölgə turizminə üstünlük verildiyini nəzərə alaraq, budəfəki sərgidə təbiət turizmi və Qara dəniz mədəniyyətinin təbliğinə önəm verilir.
Göründüyü kimi Türkiyə xaricdə turizm sərgisinə çox ciddi çalışıb. Yerli mədəniyyət və adət-ənənələrini, milli folklorunu önə çıxararıb. Əlvan metallarla əl işi sənəti, Osmanlı və müasir Türk üslubunda Ebru sənətini geniş reklam edirlər.
Bəs, Azərbaycanı xarici sərgilərdə zəngin folklor nümunələri ilə möhtəşəm keçirməyə nə mane olur?
Azərbaycan Turizm və Menecment Universitetinin professoru, turizm eksperti Bahadur Bilalov TİA.AZ–a bildirdi ki, Azərbaycan hər il dünyanın müxtəlif ölkələrində keçirilən 20-dən çox turizm sərgisində iştirak edir: “Bu sərgilərdə iştirakın nəticəsidir ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunur. Təbii ki, müxtəlif formalardan istifadə edilməlidir ki, turistlərin marağına səbəb olsun. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Turizm şirkətləri, yerli otellər də daha fəal iştirak etməlidirlər. Ancaq qiymət siyasəti bərbad vəziyyətdədir. Devalvasiyadan sonra qeyd edirdik ki, bu ölkəyə gəlmək istəyən turistlərə stimullaşdırıcı təsir edə bilər. Lakin son dövrlərdə aldığımız məlumata görə, otellərimiz nəinki manat ekvivalentində, hətta dollarla da qiymətləri qaldırmışlar. Fikrimcə, bu ölkə prezidentinin turizmin inkişafı üçün atdığı addımlara əks hərəkətlərdir”.
Ölkəmizdə suvenirlərin qiymətinin baha olması məsələsində ekspert qeyd etdi ki, bu, bir qayda olaraq, bütün dünyada bahalıdır. Hətta bəzi ölkələr ucuz olsun deyə bu suvenirləri Çində istehsal edirlər: “Şəxsən özüm Almaniyada Çin istehsalı olan, amma Almaniyaya aid suvenir almışam. Düşünürəm ki, ölkəmizdə suvenir fabriki yaradılmalı, kütləvi istehsal təmin edilməlidir”.
Xarici turistlər ölkəmizdə ən çox bəyəndiyi mallardan biri də kələğayılarımızdır. Belə ki, Azərbaycan kələğayı sənəti “Kələğayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına 2014-cü ildə daxil edilib. Lakin onların da qiyməti bahadı. Eksper hesab edir ki, ölkə Prezidentinin baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar sərəncəmına əməl edilərsə, kəlağayıların qiymətində enmələr ola bilər.
İlahə