Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
TİA.AZ-ın məlumatına görə, iclasda “Turizm haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
Dəyişikliklər barədə məlumat verəm komitə sədri Hadı Rəcəbli deyib ki, artıq ölkəmizə gələn turistlər turizm şirkətləri vasitəsi ilə deyil, elektron formada “ASAN Xidmət”dən rahatlıqıa viza əldə edə biləcəklər.
Qeyd edək ki, “Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər”. Cümləsində, “turizm şirkətləri” sözü, “siyahısı müvafiq icrahakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda “ASAN Viza” sistemi” sözləri ilə əvəz edilir.
Digər dəyişikliyə əsasən isə, Elektron viza almaq üçün əcnəbilər və ya vətəndşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.
Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olamdıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.
Layihə parlamentin plenar iclasına tövsiyə olunub.