Çində turizmi inkişaf etdirmək üçün ölkədəki tualetlərin sanitariya standartlarının artırılması ilə bağlı qərar qəbul edilib.
Çində turizmi inkişaf etdirmək üçün ölkədəki tualetlərin sanitariya standartlarının artırılması ilə bağlı qərar qəbul edilib.
TİA.AZ “China Daily” portalına istinadən xəbər verir ki, sözügedən qərar əsasən Çinin turizm bölgələrində həyata keçiriləcək.
Dünyanın əsas turizm məkanlarından birinə çevrilməyi qarşıya məqsd qoyan Pekin hökuməti 2020-ci ilədək bu sahənin inkişafı üçün 290 milyard dollar investisiya vəsaiti yatırmağı planlaşdırır.
Plana uyğun olaraq, Çinin şimalında yerləşən ağır sənaye bölgələrində ilkin olaraq turistik pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Artıq bununla əlaqədar olaraq həmin bölgədəki kömür mədənləri ərazilərində yaşıllaşdırma işlərinə start verilib.
Çin hökuməti bəyan edib ki, turizmin inkişafı üçün turizm bölgələrində mövcud olan tualetlər də standartlara uyğunlaşdırılacaq. Hətta, turizm bölgələrində təxminən 100 min açıq tualetin tikilməsinə ehtiyac var.