Avropanın ən qonaqpərvər 5 ölkəsinə İrlandiya, Sloveniya, Rumıniya, Şotlandiya və İslandiya daxildir.
Tribunainfo.az bildirir ki, İrlandiya, Rumıniya və Sloveniya Avropanın ilk 3 mehriban ölkəsi adlanıb
Səyahətçilərə görə Avropanın ən dost ölkələri sıralamasında İrlandiya başçılıq edir. Condé Nast Traveller adlı səyahət nəşrinin bu yaxınlarda apardığı araşdırmaya əsasən, İrlandiya 100 baldan 94,5 bal toplayıb və dünyanın ən qonaqpərvər ölkəsi seçilib.
Reytinq tərtib edilərkən konkret Avropa ölkəsində yerli sakinlərin əcnəbi qonaqlara qarşı nə dərəcədə açıq olması, onların kömək etməyə və əcnəbilərin ölkədə qalmasını asanlaşdırmağa nə dərəcədə hazır olduqları, həmçinin ünsiyyətdən nə dərəcədə məmnun olduqları nəzərə alınıb.
Avropanın ən dost 10 ölkəsini təqdim edirik:
- İrlandiya.
- Sloveniya.
- Rumıniya.
- Şotlandiya.
- İslandiya.
- Norveç.
- Portuqaliya.
- Danimarka.
- Malta.
- Xorvatiya.