TURİSTİK ÖLKƏ OLAN AZƏRBAYCANIN 7 RAYONUNDA MEHMANXANA YOXDUR – ARAŞDIRMA

TURİSTİK ÖLKƏ OLAN AZƏRBAYCANIN 7 RAYONUNDA MEHMANXANA YOXDUR – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda mehmanxanalar ölkə üzrə qeyri-bərabər paylanıb. Ölkədə fəaliyyət göstərən mehmanxanaların 35%-i Bakıda yerləşir. Yerdə qalanlar əsasən şimal, şimal-qərb və cənubda təmərküzləşib. Hətta 7 rayon var ki, orda ümumiyyətlə mehmanxana və mehmanxana tipli obyekt yoxdur.

Tribunainfo.az xəbər verir ki, iqtisadçı Samir Əliyev bildirib ki, Bakının elə rayonu var ki, ordakı otellərin sayı ölkənin iri şəhərləri olan Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəranda olan otellərin cəmi sayından çoxdur:

“Respublikada ümumilikdə 757 mehmanxana və mehmanxana tipli obyekt var. Ağdam, Hacıqabul, Neftçala, Qobustan, Samux, Siyəzən,Ucar rayonlarında ümumiyyətlə meymanxana fəaliyyət göstərmir.
Bakı üzrə ən çox mehmanxana Səbail rayonunadır – 73 mehmanxana. İkinci yerdə isə 49 mehmanxana ilə Nəsima rayonu gəlir. Bakıda ən az mehmanxana isə Suraxanı və Qaradağ rayonlarındadır. Burada cəmi 3 mehmanxana var”.