Turist: “Azərbaycan polisinin şücaəti və operativliyi məni valeh edib” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşalı turist Azərbaycan polisinə təşəkkür edib. 

Polşalı turist Azərbaycan polisinə təşəkkür edib.

Polşa vətəndaşı Sebastian Gmerek öz Facebook səhifəsində polislərimizlə çəkdirdiyi şəklini paylaşaraq onlara minnətdarlığını ifadə edib.

Milli.Az-ın məlumatına görə, Polşa Respublikasının Poznan şəhər sakini Sebastian Gmerek iyulun 23-də ölkəmizə turist kimi səfərə gəlib. Azərbaycanın gözəlliyi, füsunkar təbiəti onu valeh edib. 25 yaşlı turist İsmayıllı rayonunun Həftəsiab kəndində olarkən qoyun sürüsünü görüb onları yaxından müşahidə etmək istəyib. Lakin yaxınlaşan zaman sürünü qoruyan çoban itləri ona hücum edib, yüngül xəsarət yetiriblər.

Xoşbəxtlikdən həmin vaxt ərazidə xidmət aparan İsmayıllı RPŞ-nin polis sahə rəisləri – polis leytenantları Mahir Nurəliyev və Nicat Osmanov səs-küyü eşidib, tez özlərini köməyə yetiriblər. Polis əməkdaşları polşalı turisti itlərin hücumundan xilas edib, dərhal ilkin tibbi yardım göstərib, müayinə olunması üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Hazırda Sebastian Gmerekin vəziyyəti yaxşıdır, rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədədir. Həkimlərin dediyinə görə onun səhhəti yaxşıdır. 

Polşalı turist bildirib ki, azərbaycanlıların qonaqpərvərliyi, həmçinin, Azərbaycan polisinin şücaəti və operativliyi onu valeh edib.