Turanın ailəsi: Bizim heç kimin maddi dəstəyinə ehtiyacımız yoxdurbackend

Turanın ailəsi: Bizim heç kimin maddi dəstəyinə ehtiyacımız yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə mərhum Turan Rüstəmovun adına saxta səhifələr açılıb. Dələduzlar Turanın bacısı adı ilə yazaraq istifadəçilərdən maddi yardımlar istəyirlər. Onlar Turanın ailəsinin imkanı olmadığını və bunun üçün yardımlar topladıqlarını bildirirlər.
Məsələ ilə bağlı  danışan Turan Rüstəmovun dayısı Turanın ailəsinin heç bir yardıma ehtiyacı olmadığını bildirib:
“Camaat bilsin ki, bizim ailənin heç kimin maddi dəstəyinə ehtiyacı yoxdur. Bunlar “maşenniklər”in (dələduzların red.) etdikləridir. Onlar bir deyil, iki deyil, qarşısını almaq çox çətindir. Bu məsələni piar etmək lazım deyil, kiminsə qanı ilə pul qazanmaq lazım deyil”.

 

Turanın dayısı həmçinin bildirib ki, ailələrində heç bir problem olmayıb: “Turanın ailəsinin maddi problemləri yoxdur ki, kimdənsə pul istəsinlər, ailəsində də heç bir problem olmayıb. Sadəcə atası ilə anası 2009-cu ildə ayrılıblar. 13 il biz özümüz uşaqlara kənddə baxmışıq. Sonra uşaq məşqə gedib, ailəsi də istəyib ki, şəhərdə yaşasınlar, gəliblər şəhərə”.
Xatırladaq ki, Bakıda, Şağan Olimpiya Kompleksində 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.