Azərbaycan Premyer Liqasında 33-cü turun oyunları keçirilir.
Tribunainfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Turan Tovuz” evdə “Zirə”ni sınağa çəkəcək. Günün digər oyunu “Araz-Naxçıvan”la “Sabah” arasında keçiriləcək.
Daha öncə “Kəpəz” – “Sumqayıt” matçında qalib müəyyənləşməyib (1:1), “Qarabağ” “Neftçi”ni 5:0 hesabıyla məğlub edib.
Azərbaycan Premyer Liqası
33-cü tur
5 may
“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Tovuz şəhər stadionu, 16:30.
“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov.
“Liv Bona Dea Arena”, 19:00.