backend

Turan İbrahimovun aparıcılıq etdiyi veriliş bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATV kanalında yayımlanan “ATV SƏHƏR” İnformasiya proqramı bu mövsümlük fəaliyyətini dayandırır. 

ATV kanalında yayımlanan “ATV SƏHƏR” İnformasiya proqramı bu mövsümlük fəaliyyətini dayandırır.

Bu barədə “ATV SƏHƏR” verilişinin müəllifi və aparıcısı Turan İbrahimov məlumat verib.

Turan İbrahimov qeyd edib ki, mövsümün bitməsinə onsuz da bir ay qalmışdı, rəhbərlik qərar verdi ki, elə may ayından etibarən yayımı dayandıraq.

Ümumiyyətlə, ATV kanalındakı fəaliyyətinizi davam etdirəcəksinizmi, sualına isə aparıcı bu cür cavab verib:

“Bəli, ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız “ATV SƏHƏR” yayımını dayandırır. “ATV SƏHƏR”in yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcəklər.”

Turan İbrahimov sonda onu da əlavə etdi ki: “Bilirəm ki, bu qərar müxtəlif söz-söhbətlərə, şayiələrə səbəb olacaq. Təbii ki, insanların fantaziyalarına sədd qoya bilmərəm. Hər kəs istədiyini düşünməkdə azaddır. Amma təklif edirəm ki, yalnız bu açıqlamamı nəzərə alsınlar və özlərini yormasınlar…”