2021-ci ilin iyununda Şəmkir rayonunda həbs edilən “Qala” restoranının sahibi Tural Zeynalov azadlığa buraxılıb.
Tribunainfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.
Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə həbsə məhkum edilən iş adamı ötən gün cəzaçəkmə müəssisəsindən buraxılıb.
DİN-in yaydığı açıqlamada sözügedən restoranda karantin qaydalarına zidd olaraq toy məclisinin keçirildiyi bildirilmişdi. Məlumata görə, polis əməkdaşları həmin restorana gəldikdə, restoran sahibi obyektin qapılarını bağlayaraq polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olub.