Xəbər verdiyimiz kimi, Mariana Vasileva gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.
Bəs idman naziri özünü doğrulda bildimi?
Bu barədə Tribunainfo.az-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, idman naziri özünü doğrulda bilmədi.
Tural Abbaslının sözlərinə görə, istər Bakıda nəaliyyətlərimiz olsun, istərsə də beynəlxalq yarışlardakı fəaliyyətlərimizə baxsaq görərik ki, əvvəlki rəhbərliklərdən heç nə ilə fərqlənməyib. Hətta bəzi məsələlərdə geriləmə var.
“Eyni zamanda nazirliyin işi idman federasiyalarının, beynəlxalq turnirlərdə mövqe tutmağını təmin etmək deyil. Həm də idmanı təşviq və təbliğ etməlidir. Gənclərin və uşaqların idmana meyllənməsini, pis vərdişlərdən uzaq durmasını, gənclərin sağlam həyat tərzi keçirməsi üçün addımlar atmalıdır. Bununla bağlı indiyə qədər heç bir layihə görməmişik.
Bakıda, kənddə, rayonda neçə məhəllədə futbol, voleybol meydançası açıldı? Neçə kəndə, neçə məktəbə toplar, idman alətləri hədiyyə verildi? Uşaqların və gənclərin idmana meyllənməsi üçün hansı həvəsləndirici yarışlar keçirildi?
Mən bunları görmədim. Sadəcə olaraq rutin işi ilə məşğul oldu. Bu günə qədər protokoldakı bütün işləri nə idisə onları davam etdilər. Heç bir təşəbbüs, cəhd görmədim. Bir-iki dəfə nazir gah geyimi ilə, gah işıqforda dayanması ilə, gah uşağını məktəbə aparması ilə gündəmə gəldi. Yəni, şəxsi həyat tərzi ilə gündəmdən başqa xüsusi yadda qalan fəaliyyətini, layihəsini, təqdimatını görmədim”.
Dəniz