Tunis Prezidenti yenə xəstəxanalıq oldu

Tunis Prezidenti yenə xəstəxanalıq oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunis Prezidenti Beji Kaid əs-Sebsi xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun “Mosaique FM” radiostansiyasına istinadən verdiyi xəbərə görə, 92 yaşlı dövlət başçısının səhhətində yenidən ciddi problem yaranıb.

Onun vəziyyətinin hazırda necə olduğu haqda məlumat yoxdur.

Qeyd edək ki, Beji Kaid əs-Sebsi iyunda da səhhəti ilə bağlı hərbi hospitala yerləşdirilmiş, daha sonra ölüm xəbəri yayılmış, lakin bu informasiya təsdiqini tapmamışdı.

Xatırladaq ki, Sebsi 2014-cü ildən Tunisə rəhbərlik edir.