Tuka: Bu gün Ukrayna Krımı qaytarmaq iqtidarında deyil

Tuka: Bu gün Ukrayna Krımı qaytarmaq iqtidarında deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oxu.Az xəbər verir ki, bu sözləri Ukraynanın “müvəqqəti işğal olunmuş ərazilər”lə və qaçqınlarla iş üzrə nazirinin müavini Georqi Tuka deyib.

O bildirib ki, hazırda Kiyev diplomatik demarşlar və siyasi bəyanatlarla kifayətlənmək məcburiyyətindədir.

Tukinin fikrincə, Krım və Donbas uzunmüddətli perspektivlərdən sonra Ukraynanın tərkibinə qayıdacaq, Rusiya isə öz əməllərinə görə məsuliyyət daşıyacaq.

Nazir müavini bəyan edib ki, o, Krım ərazisində resurslar, o cümlədən balıq və qumun qanunsuz hasilatı ilə bağlı sübutlar toplayır.