Məşhur aktrisa Tuba Büyüküstün bir neçə gün əvvəl sevgili olduğu iddia edilən Umut Evrigenlə görüntülənib.
Məşhur aktrisa Tuba Büyüküstün bir neçə gün əvvəl sevgili olduğu iddia edilən Umut Evrigenlə görüntülənib.
TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün əvvəl Evirgenin mühafizəçiləri cütlüyün şəklini çəkən müxbirin fotokamerasını silahla hədə-qorxu gələrək əlindən alıb. Müxbir hadisədən sonra Sarıyerdəki polisə gedərək Evirgendən şikayətçi olub. Jurnalistin sözlərinə görə, mühafizə dəstəsi əvvəlcə avtomobilin qarşısını kəsib, daha sonra isə onu silahla qorxudub.
Xatırladaq ki, 35 yaşlı Tuba Büyüküstün 6 illik həyat yoldaşı Onur Saylaktan 14 gün əvvəl boşanıb. Ayrılıqdan dərhal sonra Büyüküstünün adı məşhur restoranların sahibi Ümid Evirgen ilə hallanmağa başlayıb.
Aktrisa yazılanlar barədə hələlik heç bir açıqlama verməyib. Lakin aktrisa dünən gənc sevgilisi ilə yenidən günorta saatlarında restoranda görüntülənib.
Tubanın Onur Saylakla olan nikahından əkiz qızları var.