Artıq bir neçə gündür Ukraynada olan Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin onu gizli dinləmək istədiyini iddia edib.
Artıq bir neçə gündür Ukraynada olan Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin onu gizli dinləmək istədiyini iddia edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Saakaşvili öz feysbuk hesabında canlı yayım zamanı deyib. Siyasətçinin sözlərinə görə, dünən Çernovçı şəhərində qaldığı oteldə onun otağına təhlükəsizlik xidmətinin əməkdaşları gəliblər. Lakin mühafizəçilərin sorğu-sualı ilə üzləşdikdə səhv nömrəyə qalxdıqlarını deyərək aşağı mərtəbəyə düşüblər.
Saakaşvili bildirir ki, cangüdənləri onların arxasınca düşdükdə əməkdaşlar artıq gediblər və otaqda çantalarını unudublar: “Biz çanataya baxanda içində xüsusi dinləmə cihazları, disklər, gizli kamera və s. tapdıq. Ukraynada hər şeyin bərbad olduğu bir vaxtda məni izlənməklə məşğuldular”.
Baş verən olaydan hiddətlənən Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya da səslənib. O, “Sizin görəcək başqa işiniz yoxdur? Mənim tualetə necə getməyimə baxmaq istəyirsiniz, ya şəxsi həyatım maraqlıdır? Sizin öz həyatınız yoxdur?”-deyib.
Siyasətçi onu da əlavə edib ki, bu cür addımlarla onu dayandıra bilməyəcəklər.