Tsukerberq: Rusiyanın müdaxiləsinə görə “Facebook”da təhlükəsizlik gücləndirilib

Tsukerberq: Rusiyanın müdaxiləsinə görə “Facebook”da təhlükəsizlik gücləndirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” sosial şəbəkəsi ehtimal olunan “Rusiya müdaxiləsi”nə görə informasiyaların qorunması tədbirlərini gücləndirib.

TİA.AZ-ın məlumatına görə, bunu “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberq deyib.

 O bildirib ki, bu, 2016-cı ildə ABŞ-da prezident seçkilərindən sonra baş verib.

M.Tsukerberq deyib: “Seçkilər dövründə, xüsusən Fransa və Almaniyada, ABŞ-da keçirilən 2016-cı il seçkilərindən sonra Rusiya tərəfdən gələ biləcək müdaxilələri nəzərə alaraq təhlükəsizliyi gücləndirmişik”.