backend

TRT-1-in Azərbaycanda yayımı bərpa edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin TRT 1 telekanalının Azərbaycanda yerüstü rəqəmli yayımı ilə bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ) və TİKA arasında razılıq əldə olunub. 

Türkiyənin TRT 1 telekanalının Azərbaycanda yerüstü rəqəmli yayımı ilə bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ) və TİKA arasında razılıq əldə olunub.

MTRŞ-nın Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov APA-ya bildirib ki, analoq yayımla bağlı müqavilə olduğu üçün yeni müqavilənin bağlanmasına ehtiyac qalmayıb.

Şöbə müdiri qeyd edib ki, mövcud müqavilə 2018-ci ilə qədər qüvvədədir: “TİKA və MTRŞ arasında razılıq əldə olunub, TRT 1 telekanalının yaxın zamanlarda yayımı bərpa olunacaq. Bakı şəhəri və Abşeron yarımadası ərazisində TRT 1 48-ci TV yayım kanalında, bölgələrdə isə ümumölkə TV proqramları ilə eyni paketdə yayımlanacaq. Rəqəmli TV yayımına keçilməsi bu telekanalın ölkəmizdə yayımlanması üçün heç bir texniki problem yaratmamışdı. Sadəcə rəqəmli yayım üzrə yayımın şərtləri analoq yayımının şərtlərindən fərqli olduğuna və TRT 1 rəhbərliyi bu şərtləri araşdırmadığına görə telekanalın Azərbaycanda yayımı dayandırılmışdı”.

Qeyd edək ki, Azərbaycanlı rəqəmli TV yayımına keçildikdən sonra TRT 1-in yerüstü yayımı ötən ildən dayandırılıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir. TRT 1 Azərbaycan və Türkiyə hökumətlərarası (TRT 1, keçmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Milli Televiziya və Radio Şurası arasında imzalanmış) müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanıb.