Tarixi abidəyə vurulan reklam lövhəsi binanın qapı hissəsi üçün ayrılmış divar oyuğunun çərçivə hissəsinə yerləşib və binanın hər hansı memarlıq elementinin üzərini örtməyib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, sözügedən abidəyə Dövlət Xidməti tərəfindən təkrar baxış keçiriləcək.
Tarixi abidənin xüsusi mülkiyyətdə olduğu vurğulanıb.
Xatırladaq ki, Bakı şəhərində dövlət tərəfindən qorunan tarixi abidələrdən birinin üzərinə reklam lövhəsinin vurulması ilə bağlı sosial mediada paylaşımlar edilib.