Paytaxtın Bakıxanov qəsəbəsi, Komsomol dairəsi ərazisində keçidin altında kanalizasiya quyusunun qapağının olmaması haqda xəbər yaymışdıq. Vətəndaşlar bildirirdilər ki, bu vəziyyət təhlükəlidir. Tribunainfo.az-ın qaldırdığı problem artıq həllini tapıb. “Azərsu” ASC məlumat verib ki, əraziyə baxış keçirilib, Sabunçu Sukanal İdarəsi tərəfindən qapaq problemi təmin olunub.