“TRENDYOL”UN BAŞLATDIĞI YENİLİK KARQO QİYMƏTLƏRİNİ ENDİRDİ…backend

“TRENDYOL”UN BAŞLATDIĞI YENİLİK KARQO QİYMƏTLƏRİNİ ENDİRDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Trendyol” azərbaycanlı istifadəçilər üçün başlatdığı yenilik karqo şirkətlərinin qiymətləri endirməsinə səbəb olub.

Tribunainfo.az xəbər verir ki, bir çox karqo şirkəti məhsulun çəkisinə görə müəyyən etdiyi qiyməti aşağı salıb. Karqo şirkətlərinin endirim kampaniyası müştəri cəlb etməyə hesablanıb. İstifadəçilər bildirir ki, “Trendyol”un yeni tətbiqindən sonra karqo şirkətlərinə ehtiyac qalmadığı üçün bu yola əl atırlar.

Bəzi istifadəçilər isə bildirir ki, karqo şirkətlərinin qiymət endirimindən yararlanmaq üçün fürsətdən istifadə edib çəkisi ağır olan məhsullar sifariş vermək lazımdır.

Mütəxəssislər isə bildirir ki, zamanla “Trendyol”un başlatdığı yenilik karqo şirkətlərini tamamilə sıradan çıxaracaq.

Xatırıladaq ki, “Trendyol” azərbaycanlı istifadəçilər üçün “sifarişlərini artıq Azərbaycan adresində təslim ala bilərsən” seçimi verir.
Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçib “Trendyol”da ünvan olaraq karqo şirkətinin deyil, öz ev ünvanınızı qeyd etmək kifayət edir. Bununla da Türkiyədən sifariş edilən məhsulu qapınıza elə “Terndyol”un özü təslim ediləcək.