“TRENDYOL”DAN SİFARİŞLƏRƏ QADAĞA QOYULA BİLƏRMİ? – DEPUTAT AÇIQLADI…backend

“TRENDYOL”DAN SİFARİŞLƏRƏ QADAĞA QOYULA BİLƏRMİ? – DEPUTAT AÇIQLADI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilərlər.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri bu gün “Trendyol” satış şəbəkəsindən vətəndaşların istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlması ilə bağlı ünvanlanan çoxsaylı sualları cavanblandıran deputat Vüqar Bayramov bildirib.

O qeyd edib ki, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil:

“Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədə uyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb”