backend

Trend olmuş “qırmızı biləkliy”in MÖCÜZƏLİ SİRRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sadə insanlardan tutmuş məşhur simalara qədər hər kəs müəyyən aksesuarlardan, zinət əşyalarından istifadə edir.  

Sadə insanlardan tutmuş məşhur simalara qədər hər kəs müəyyən aksesuarlardan, zinət əşyalarından istifadə edir. 

Haqqında danışacağımız aksesuarı böyük ehtimalla əksəriyyətiniz görmüsüz. 

Söhbət son vaxtlarda trendə çevrilmiş qırmızı sapı xatırladan qəribə biləklikdən gedir. Hansı ki, bu biləklikdən dünya ulduzları Madonna, Coni Depp və başqaları istifadə edir.

Ulduzların özlərinə normal aksesuar almağa əlbəətə ki, imkanı var. Bu biləkliyin sirri isə tamam başqadır.

TİA.AZ oxucuları üçün qırmızı sapa oxşayan sadə biləkliyin məşhurluğunu araşdırıb.

Qısa və sadə dildə desək, bu, qoruyucu simvol daşıyır: nəzərdən, xəstəliklərdən, cadudan,uğursuzluqlardan. Bir sözlə, mənfi enerjini uzaqlaşdırır. 

Ümumiyyətlə, bu kabbalistlərin simvoludur. Bu rəvayət Praqanın yəhudi xalq əfsanələri içərisində geniş yayılıb.

Əfsanə “Qolem” adlı süni şəkildə yaradılmış adam haqqındadır. Qolem Praqa şəhərinin baş ravvini, məşhur talmudçu və kabbalist Yəhuda Löv ben Betsalel tərəfindən yəhudi xalqının müdafiəsi üçün gildən yaradılmış nəhəng idi. Kabbalistlər məşhur yəhudi mistikasına məxsus təlimi – Kabbalanı təbliğ ediblər. Onlar tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən insanın var olmasının səbəbini anlamağa çalışıblar. Kabbalstlər insan ürəyinin quruluşu haqqında ənənəvi təlimlər keçirirdi.

Dünyaca məşhur müğənni Madonna bu biləkliyi taxmasının səbəbini ruhunun sakitləşməsi ilə izah edib. Biləklik sanki onu mənfi enerjilərdən uzaqlaşdırır, özgüvən və rahatlıq gətirir.

Biləkdə qırmızı, qara rəngli saplar gəzdirmək təkcə yəhudi inanclarında deyil, bir çox dinə məxsus xalqlarda olub. Dünyanın bütün mədəniyyətlərində bu kimi inanclara rast gəlmək olar. Əsasən qırmız rəngi mənəvilik simvolu kimi qiymətləndirirlər, nəinki din ilə. Buna görə də, dinindən asılı olmayaraq, bu amuleti hər kim taxsa mənəvi rahatlıq, yüngüllük hiss edəcək. Bir çox mənbələrdə qırmızı rəng enerji, emosiya, həyat və güc rəngi olaraq qeyd edilib. Melanxoliyanın və depressiyanın müalicəsində istifadə olunan qırmızı rəng eyni zamanda, mənəviyyat və möminlik rəngidir.

Qırmızı sapın niyə boyunbağı yox, məhz biləklik olaraq istifadə edilməsinin 6 səbəbi:

1. İnsan bədənin ən zəif hissəsi bilək hesab olunur. Biləyə taxılmış qırmızı biləklik mənfi enerjilərin toplanmasının qarşısını alır.

2. Belə bir inanc da var ki, biləkliyi sizin qolunuza həyatda sizə ən dəyərli insan kimdirsə, o bağlamalıdır. Belə halda daha çox effektiv olacaq, nəinki özünüz bağlasanız.

3. Biləkliyin sağ və ya sol qola taxılmasının fərqli mənaları var. Əgər siz qırmızı biləkliyi sol qolunuza taxırsınızsa, bu sizi nəzərdən, uğursuzluqlardan və mənfi enerjidən qoruyacaq. Diqqət etsəniz publika içərisinə çıxan ulduzlar biləkliyi məhz sol qollarına taxırlar. Sağ qola taxılan qırmızı biləklik sizin maliyyə problemlərinizin həll olmasına və daha çox gəlir qazanmanıza kömək edəcək.

4. Biləkliyə hər vurulan düyünün bir anlamı olur. Siz ən azı 7 düyün vurulmalısız və hər düyündə ürəyinizdə niyyət etməlisiz. Düyünlər tək olmalıdır, cüt olması uğursuzluq gətirər.

5. Bu biləkliyi biləyinizə bağladınızsa, aça bilməzsiz. İstər hamama girəndə, istərsə da yatanda. Biləklik özü açılıb düşənə qədər onu açmaq tilsimi qırmaq deməkdir.

6.Qırmızı biləkliyin qolunuzdan açılıb düşməsi o deməkdir ki, o, artıq sizin bədəninizdəki bütün neqativləri özünə cəkib.