ABŞ prezidenti Donald Trampın 100 günlük iş proqramı açıqlanıb.
ABŞ prezidenti Donald Trampın 100 günlük iş proqramı açıqlanıb.
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqram barədə məlumat Trampa məxsus www.donaldjtrump.com saytında yerləşdirilib.
Proqramın gündəliyində ABŞ ermənilərini də məyus edəcək qərarlar olacaq. Həmin qərar ABŞ prezidentlərinin seçilməsinə təsir edən xarici lobbilərlə bağlıdır. ABŞ prezidenti lobbilərin seçkilərə pul yatırmasını qadağan edəcək.
Məlumdur ki, erməni lobbisi ABŞ-da böyük nüfuza malikdir. Ona görə də erməni lobbisi prezidentlərin seçilməsinə təsir edə bilir. ABŞ-da yaşayan erməni iş adamları prezident seçkilərində öz namizədlərinin qalib gəlməsi üçün külli miqdara pul xərcləyirlər.
Bu faktlar müxtəlif vaxtlarda sənədlərlə də təsdiqini tapıb. Lobbi hətta «erməni soyqırmını» tanıması ilə bağlı ABŞ prezidentlərinin qarşısına şərtdə qoymağa cəhd edir. Amma prezidentlər dəstək qazanmaq üçün «soyqırımın» tanınması ilə bağlı söz versələrdə, prezidentlik müddətləri ərazində verdikləri sözə əməl etmirlər.
Amma Donald Trampın xarici lobbilərin ABŞ siyasətinə təsiri ilə bağlı verəcəyi qərar ermənilərin heç də xoşuna gəlməyəcək. Tramp bundan əvvəl də erməniləri narazı salacaq açıqlamalar verimişdi. O, çıxışlarının birində «Vaşinqton Erməni Milli Konqresinin maraqlarına xidmət etmir» ifadələrini işlətmişdi.
Erməni Milli Konqresinin ABŞ-da keçirdiyi mitinq
Trampın lobbilərlə verəcəyi qərar Azərbaycanın milli maraqları baxımından çox önəmlidir.
ABŞ prezidentinin 100 gün ərzində qəbul edəcəyi qararlar arasında bir necə diqqətçəkən məqamlar var. Onun 100 günlük siyasətinin əsas xəttini Barak Obamanın dövründə qəbul edilən qanun layihələrinin ləğvi təşkil edəcək. Tramp Birləşmiş Millətlər Təşkilatına üzvlük haqqı ödəməyəcəyini bəyan edib. Həmin pulla digər sosial və iqtisadi layihələr həyata keçirmək niyyətindədir.
Prezident Trans-Sakit Okean dövlətləri ilə əldə olunan razılşamaları və Çinlə bəzi müqavilələri ləğv edəcək. O, həmçinin Çin məhsullarına yüksək vergi tətbiq edəcək.
ABŞ prezidenti miqrantlarla bağlı da sərt qaydalar tətbiq edəcək. Yeni qəbul ediləcək qərarla hər hansı bir cinayətlə bağlı həbsdə yatan miqrantlar ölkəyə daxil ola bilməyəcək