Trampla Zelenski arasında gərgin anlar – Video

Trampla Zelenski arasında gərgin anlar – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Ağ Evdə baş tutan görüşdə Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Vens arasında mübahisə yaşanır.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı görüntüləri Ukrayna mediası yayıb.

Dialoqdan bəzi hissələr:

Vens: Mən ölkənizi məhv olmaqdan saxlayan diplomatiyadan danışıram. İndi sizdə adam qıtlığı var…

Zelenski: Siz Ukraynada olmamısınız!

Vens: Mən tarixini (müharibə tarixini – red.) görürəm, Ukrayna xalqının başına gələnləri görürəm. Görürəm ki, orduya adam tapa bilmirsən. Siz bizim idarəmizə hücum edə bilməzsiniz.

Tramp Zelenskiyə: Sizin bizə nəyisə diktə etməyə haqqınız yoxdur. İndi çox əlverişli mövqedə deyilsiniz.

Nə hiss edəcəyimizi bizə diktə etməyə haqqınız yoxdur. Biz III Dünya müharibəsinin astanasındayıq, amma siz ABŞ-a və mənə hörmət etmirsiniz.

İndi heç bir kartınız yoxdur. Bizə deyə bilməzsiniz: “Mən bunu istəyirəm, bunu istəmirəm”.

Biz sizə 350 milyard verdik. İndi çətin vəziyyətdəsiniz. Deyə bilməzsiniz: “Mən müharibəni dayandırmaq istəmirəm”.

– Ya biz bu sövdələşməni edəcəyik, ya da biz gedəcəyik! Minnətdarlıq etmirsən.

– Silahlarımız olmasaydı, bu müharibə dərhal bitərdi

-Zelenski: Bunu artıq Putindən eşitmişəm.