Ukrayna Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırmasında yeni heç nə görmür. Respublikaçı artıq bir neçə dəfə bunu etmək planlarını açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Georgi Tixiy brifinqdə söyləyib: “Donald Tramp belə bir görüş planlarından əvvəl də danışıb, ona görə də biz burada yeni heç nə görmürük”.
XİN sözçüsü əlavə edib ki, Kiyevin mövqeyi sadə olaraq qalır. Genişmiqyaslı müharibə ədalətli şəkildə başa çatmalıdır. Eyni zamanda Tramp da müharibəni bitirməkdə qərarlıdır.
Tixiy qeyd edib ki, bu gün vacib odur ki, Ukrayna da Tramp ilə Volodimir Zelenski arasında görüş gözləyir, çünki ABŞ ilə əməkdaşlıq prioritetdir.
“Biz andiçmə mərasimindən dərhal sonra ən yüksək səviyyədə Ukrayna-Amerika təmaslarına hazırlaşırıq”,- deyə o əlavə edib