“The Washington Post” qəzetinin iddiasına görə, noyabrın 7-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə ilk telefon danışığı aparıb.
Tribunainfo.az xəbər verir ki, həmin danışıqlar zamanı Ukrayna mövzusu əsas olub. “Tramp Putinə Ukraynada “eskalasiya etməməyi” tövsiyə edib. Həmçinin ona ABŞ-ın Avropada əhəmiyyətli hərbi mövcudluğunu xatırladıb. İki şəxs Avropa qitəsində sülhün əldə edilməsi məqsədini müzakirə edib və Tramp “Ukraynadakı müharibənin tezliklə həlli”ni müzakirə etmək üçün gələcək danışıqlarda maraqlı olduğunu bildirib”.