ABŞ NATO-dakı tərəfdaşlarına Qafqazda və Suriyada fəallaşmağı təklif edir.
ABŞ NATO-dakı tərəfdaşlarına Qafqazda və Suriyada fəallaşmağı təklif edir.
Publika.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi İttifaqının Yaxın Şərq və Avropa institutunun direktoru Vladimir Lepexin ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistan səfərinin nəticələrini şərh edərkən deyib.
Onun sözlərinə görə, Tramp Səudiyyə Ərəbistanına getdi, sonra İsrailə:
“Daha sonra NATO-nun sammitinin keçirildiyi Brüsselə, ardınca da G7 sammitinin keçirildiyi Siciliyaya səfər etdi. Onun bu səfərləri tapmaca olaraq qaldı. Səudiyyədə Tramp ərəb ölkələrinin əksəriyyətinin liderləri ilə görüşdü, İsraildə adət edilmiş protokol qaydaları müşahidə olundu. Roma Papası ilə Vatikanda keçirilən görüş daha çox mistik tərəfi ilə gündəmə gəldi. G7 sammiti isə əsasən tənqid edildi. Təkcə NATO-nun sammiti coşqu ilə qarşılandı. Trampın sammitdə çıxışı faktiki olaraq NATO-ya yeni yol xəritəsi göstərmək idi”.
V. Lepexin hesab edir ki, Tramp NATO-nun Yaxın Şərqdə və Qafqazda aktivləşməsini istəyir.
“Trampın komandasının fikrincə, Vaşinqtonun Yaxın Şərqdə yeni geosiyasi sxeminin əsas oyunçusu İsrail olmalıdır. Əsas hədəf isə İrandır. Mümkündür ki, ABŞ böyük İsrailin xeyrinə Suriya və digər bölgələrdə bir sıra əraziləri zəbt etsin. Qafqazda isə əsas açar ölkə Azərbaycandır. Bu baxımdan, Azərbaycanın Ər-Riyaddakı sammitdə iştirakı təsadüfi deyildi. Həmçinin, Gürcüstan da potensial NATO üzvü kimi gələcəkdə istifadə edilə bilər. Bu ittifaq Qafqazda və Yaxın Şərqdə vəziyyəti dəyişə bilər”, – Lepexin vurğulayıb.