ABŞ prezidenti Donald Trampın seçki kampaniyası zamanı açıqlamaqdan imtina etdiyi vergi məlumatları üzə çıxıb.
ABŞ prezidenti Donald Trampın seçki kampaniyası zamanı açıqlamaqdan imtina etdiyi vergi məlumatları üzə çıxıb.
TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu məlumatlar MSNBC kanalının “The Rachel Maddow Show” proqramında nümayiş edilib. Ağ Ev sözçüsü sənədlərin doğruluğunu təsdiqləsə də, qeyri-qanuni yolla əldə edildiyini bildirib.
Qeyd edək ki, sözügedən sənədlərdə Donlad Trampın qazanca görə, az vergi ödədiyi nəzərə çarpır. Belə ki, o, 2005-ci ildə 150 milyon dollar qazanıb və bunun qarşılığında 5.3 milyon dollar federal gəlir vergisi ödəyib.