backend

Trampın ürəyini parçalayan suriyalı Ərdoğanla görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsəd rejiminin kimyəvi hücumunda 9 aylıq əkiz övladını, həyat yoldaşını və qohumlarını itirən Əbdülhəmid Yusif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

Əsəd rejiminin kimyəvi hücumunda 9 aylıq əkiz övladını, həyat yoldaşını və qohumlarını itirən Əbdülhəmid Yusif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

TİA.AZ xəbər verir ki, görüş zamanı Əbdülhəmid Yusif İdlibdəki hücumdan danışıb. O, belə bir hücumun olacağını heç kimin gözləmədiyini bildirib:

“Dəhşətli hücum idi. Əsədin öz xalqına qarşı kimyəvi silahdan istifadə edəcəyi heç kimin ağlına gəlməzdi”.

Yusif əkiz uşaqlarının cansız bədənin qucaqlayaraq şəkil çəkdirməsini isə belə izah edib:

“Əslində çox pis fotodur. Hər baxdığımda sanki içimdən nələrsə qopur. Fotonu çəkdirməkdə məqsədimiz bu vəhşiliyi hamıya göstərmək idi. ABŞ-ın Əsəd rejiminə qarşı hücumunu dəstəkləyirik. İstəyimiz tezliklə rejimə aid bütün hərbi bazaların məhv edilməsidir. Çünki bunlar yalnız xalqa qarşı istifadə olunur”.

Qeyd edək ki, ABŞ aprelin 7-də Əsəd rejiminin İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib. Tramp 9 aylıq əkiz övladını itirən Əbdülhəmid Yusif adlı atanın və hücumda ölən uşaqların ürək dağlayan fotolarını gördükdən sonra Suriyaya hücum əmri verdiyini deyib.