Trampın ticarət tarifləri avronu çökdürür

Trampın ticarət tarifləri avronu çökdürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vaşinqtonun tariflər tətbiq etməsi ilə əlaqədar olaraq avro ABŞ dolları qarşısında 2022-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb və bazar ertəsi 1,39% dəyər itirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə TASS Frankfurt Fond Birjasının ticarət istinadən bildirib.
Qeyd olunur ki, ticarət 1 avro 1,0231 dollar ekvivalentində ticarət aparılır. Bazar məzənnəsi sonuncu dəfə 2022-ci ilin 21 noyabrında bu səviyyədə olub.
Avropa valyutası bir neçə aydır ki, dollar qarşısında ucuzlaşır. Aktiv qiymət itkisi prosesi ABŞ Prezidenti Donald Trampın noyabrın 5-də keçirilən seçkilərdə qələbə qazanmasından sonrakı ilk günlərdən başlayıb.
Agentlik Avropa mətbuatını təhlil edərək qeyd edir ki, avronun ucuzlaşmasının səbəbi Trampın Kanada, Meksika və Çinə qarşı tariflər tətbiq etməsinə bazarın reaksiyasıdır.