ABŞ-da Florida qubernatoru Ron De Santis noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, X platformasındakı video bəyanatında DeSantis Donald Trampı dəstəkləyəcəyini açıqlayıb.
ABŞ-da növbəti ilkin seçkilər yanvarın 23-də Nyu-Hempşir ştatında keçiriləcək və ilkin seçki prosesi iyunun 8-dək davam edəcək.
Nyu-Hempşir Universitetinin sorğusuna əsasən, Tramp səslərin 50 faizini, onun ən yaxın rəqibi Nikki Heyli isə 39 faizini toplayır. Florida qubernatoru Ron DeSantis səslərin cəmi 6 faizini ala bildi.