backend

Trampın qərargahı məhkəməyə şikayət etdi – Seçki saxtakarlığına görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahı Nevada ştatında səsvermə zamanı qanun pozuntularına yol verildiyinə görə məhkəməyə şikayət edib. ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahı Nevada ştatında səsvermə zamanı qanun pozuntularına yol verildiyinə görə məhkəməyə şikayət edib. 

APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, şikayət seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Nevada ştatının dairələrindən birində seçki məntəqələrinin vaxtında bağlanmaması ilə bağlıdır. “Şikayət Klark dairəsində (Nevada ştatı) seçicilərin qeydiyyata alınması üzrə məsuliyyətli şəxs  Co P.Qloriaya qarşı verilib. Məlumatımıza görə, o, məntəqələrin işini nəzərdə tutulmuş vaxtdan iki saat gec başa çatdırmağı qərara alıb”, – deyə qərargahdan telekanala bidirilib.    CNN telekanalı bundan əvvəl şikayətin məntəqələrin işini nəzərdə tutulmuş vaxtdan tez başlaması ilə bağlı olduğunu bildirmişdi. Bundan başqa, Trampın qərargahı qeyd edir ki,  Klark dairə seçki komissiyasının əməkdaşları səsvermənin nəticələrini təhrif etmək məqsədi ilə öz vəzifələrini Demokratlar  Partiyasının fəalları ilə əlaqələndirərək icra edirlər.