ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, seçkilərdə Co Baydeni qabaqlayan keçmiş prezident Donald Tramp vitse-prezidentliyə üç namizədi seçib. İki tanınmış adın Türkiyə əleyhinə açıqlamaları yoxdur.
Tribunainfo.az Habe Global-a istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidentiDonald Tramp gələn il keçiriləcək prezident seçkilərində namizəd olduğunu açıqlayıb.
2024-cü il yanvarın 15-də başlayacaq Respublikaçılar Partiyasının namizədlik yarışına hələ vaxt var, lakin sorğulara görə, partiyada 60 faiz səs toplayan Trampa rəqib ola biləcək ad yoxdur. ABŞ-da son 4 ayda aparılan sorğularda Trampın ABŞ prezidenti Co Baydeni qabaqladığı görünür və seçki təqvimi yaxınlaşdıqca Trampın ictimai rəydəki nisbəti getdikcə artır.
Artıq Amerika mətbuatında Trampın böyük ehtimalla yenidən ABŞ prezidenti seçiləcəyi ilə bağlı şərhlər yazılmağa başlayıb.