ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kellien Konueyi özünə məsləhətçi seçib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kellien Konueyi özünə məsləhətçi seçib.
tTİA.AZ “Reuters” agentliyinə istinadən xəbər verir ki, Kellien Konuey Trampın seçki qərargahının sabiq rəhbəri idi.
“Konuey mənim qələbəmdə ən əhəmiyyətli rolu oynadı. O, mənim siyasi kursumun yorulmayan və inadcıl müdafiəçisidir”, – Trampın bəyanatında deyilir.
Konuey 1967-ci ildə Nyu-Cersi ştatında doğulub. Avqust ayında Trampın seçki qərargahının rəhbəri seçilən Konuey respublikaçıların arasında bu posta təyin edilən ilk qadın olub.