ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerə ABŞ-ın gizli sənəd və iclaslarına girişi qadağan edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qərara səbəb kimi Kuşner barədə istintaq prosesinin yekunlaşmaması göstərilir. Cared Kuşnerə 1 il ərzində Ağ Evdəki gizli təhlükəsizlik brifinqlərində iştirak etmək və gizli sənədlərə daxil olmaq hüququ verilmişdi. Bu müddət yekunlaşdığı üçün o, artıq bu hüquqlardan azad edilib və dövr uzadılmayıb.
Qeyd edək ki, 37 yaşlı Cared Kuşner Trampın qızı İvanka Trampla evlidir və prezidentin ticarət siyasəti və Yaxın Şərq üzrə müşaviri vəzifəsində çalışır. Yəhudi əsilli Kuşnerin adı Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə əlaqədar aparılan istintaq prosesindəki şübhəlilər sırasında yer alır.