ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Flinn vəzifəsindən istefa verib.
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Flinn vəzifəsindən istefa verib.
TİA.AZ TASS-a istinadən xəbər verir ki, Ağ ev məlumatı təsdiqləyib.
Onun istefasına səbəb ötən ilin dekabrında Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald Trampı düzgün məlumatlandırmaması göstərilib.
Bir müddət əvvəl o, Ağ ev administrasiyasını düzgün məlumatlandırmadığı üçün vitse-prezident Mayk Pensdən üzr istəyib.
Məlumata əsasən, Flinin əvəzinə istefada olan general-leytenant Kit Kelloqq təyin edilib.