backend

Trampın İrəvanı səksəkəyə salan “Ermənistan PLANI”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ və Avropa İttifaqı Cənubi Qafqaza Baltik və Qara dənizləri arasındakı dövlətlərlə bağlı müəyyən edilmiş siyasi-geoiqtisadi blokun tərkibində baxmağa üstünlük verir. Bu, ona gətirib çıxarır ki, Cənubi Qafqaz Şərqi Avropa ölkələri siyasətinin tərkibinə daxil olur. Və bu gün Cənubi Qafqazda ən pis siyasi vəziyyətdə olan ölkə Ermənistandır”. 

TİA.AZ xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz və Ermənistanla bağlı planlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda Gürcüstan və Azərbaycan Avropa İttifaqı və NATO-nun marağındadır: “Artıq bu regiona ABŞ-ın lokal layihələri üzrə yox, qlobal planlar çərçivəsində yanaşılır. Gürcüstanın NATO-ya daxil olması çətin görünsə də, Ukrayna ilə bağlı veriləcək qərar bu prosesi də sürətləndirə bilər. Azərbaycan öz balans siyasətinə üstünlük verir. Ermənistan isə Rusiyadan asılı müstəmləkədir və beynəlxalq təcrid vəziyyətinə düşmüş vassaldır. NATO və Qərb bizim ölkəyə nə siyasi, nə də müdafiə sahəsində dəstək verir. Sadəcə olaraq, Qərbdən kredit yardımlarının hesabına Ermənistan ayaq üstə dayana bilib”.

İ.Muradyan əlavə edib ki, Ermənistan “aprel müharibəsi”ndə öz zəifliyini nümayiş etdirdi.

“Lakin müharibədə açıq məğlubiyyətdən sonra belə Ermənistanda NATO və Avropa İttifaqına inteqrasiya haqda düşünmürlər. Artıq ABŞ-ın yeni administrasiyasını əvvəlkilər kimi Ermənistanın Avropaya inteqrasiya maraqlandırmır. Ermənistan bunu anlamalıdır. Çünki gec-tez hazırkı alçaldıcı vassallıqdan çıxmaq və ciddi siyasi oyunlarda iştirak etmək lazım olacaq”, – deyə o bildirib.