ABŞ seçkilərində Trampın qalibiyyətindən sonra Ukraynanın aqibətini nə gözləyir?
Bu barədə Tribunainfo.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, hər-halda ciddi geosiyasi dəyişim ola bilər.
Deputatın sözlərinə görə, seçkilər onu göstərdi ki, Amerikanın yeni bir kursu müəyyən olunacaq. Çünki sistem içindən başqa adam gəlsəydi bu qədər kataklizmlər olmayacaqdı. Ancaq indiki vəziyyətdə Trampın qalib gəlməsi hansısa fərqli bir situasiya yaradacaq.
Ukraynanın mövqelərində də xeyli zəifləmələr olacaqdır. Ukraynaya dəstək məsələsində inanmıram ki, bu dərəcədə kəsib kənara qoysunlar amma ciddi şəkildə Ukraynanın taleyinə təsir göstərə biləcək bir hadisədir.
Dəniz Pənahova